Aparıcı İlkin Həsəni “TikTok”da çirkli pulların necə yuyulmasından danışıb.
“Baku aktual” verilişində qonaq olan aparıcı bu prosesin necə baş verdiyini izah edib:
“”Facennok” və “Instagram” “Meta” şirkətinə aiddir. Artıq bir neçə ildir ki, Azərbaycandan kimsə reklam ödənişi etdikdə 18 faiz vergi tutulur. Eləcə də “YouTube”dan biz hansısa bir gəlir əldə ediriksə, platforma kartdan karta göndərmir, birbaşa bank hesabını istəyir. Vergi məlumatını göndərirsən, rəsmi qeydiyyatın olmalıdır. Ölkəmizdə hər hansı bir şəxsə ödəniş etdikdə, bunu dollarla edir. Dollar hesabında da biz vergi ödəyirik. Bu kifayət qədər şəffafdır.
Yeganə idarə olunmayan mexanizm “TikTok”dur. Bu bir bəladır, külli miqdarda çirkli pullar yuyulur. Deməli, bu necə baş verir. Kiminsə əlində çirkli pullar var. Həmin şəxs bir nəfərlə danışır və deyir ki, sənə hədiyyə göndərəcəyəm. Sən onu nağdlaşdırıb, 50 faizini mənə qaytararsan. “TikTok” nəzarətdən kənar platformadır”.