ILKİN İFADƏ: “Maşını bir az sürəndən sonra qapını açıb meyiti aşağı atdım” – VİDEO

0
265

Xəbər verdiyimiz kimi, qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı barəsində Qaradağ Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.

O, proses zamanı bu sözləri deyib:

“Mənim maşınımda görüşdük. O, qarşıda sərnişin yerində əyləşmişdi. Aramızda münaqişə yarandı. Bıçaq onun əlində idi. Mənim şərəf və ləyaqətimi təhqir etdi. Mən onun əlindəki bıçağı alıb ona zərbə endirdim. Yalnız birinci zərbəni xatırlayıram. Digərləri yadıma gəlmir. Maşını bir az sürəndən sonra qapını açıb meyiti aşağı atdım”.