İlin ilk Günəş tutulması baş verəcək – Sabah bu saatlarda…

0
19

Sabah ilin ilk Günəş tutulması baş verəcək.

Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından bildirilib.

Məlumata görə, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq.

Qeyd edək ki, bu, qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq.

Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.

Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.