
2021-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 21 ölkəsinə 1,98 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin fevral sayında məlumat verilib.
Bildirilib ki, qurumun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 84 faizini təşkil edib.
“Azərkosmos” ASC-nin 2021-ci ilin yanvar ayında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, ABŞ, BƏƏ, Pakistan və Türkiyədir.
Qeyd edək ki, “Azərkosmos” ASC-nin ixrac etdiyi xidmətlərə peyk telekommunikasiya və optik peyk xidmətləri daxildir.