İlham Əliyev fərman imzaladı

0
57

Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı hərbi kolleclərdə peşəkar gizir (miçman) heyəti hazırlanacaq.

Bu barədə Prezident İlham Əliyevin “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə imzaladığı Fərmanda qeyd olunub.

Fərmana əsasən, 2024–2025-ci tədris ilindən başlayaraq ali təhsil müəssisəsinə və hərbi kolleclərə daxil olan kursantlar həmin təhsil müəssisələrindən məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçdikdən sonra yaşayış sahəsinin alınması üçün Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditindən istifadə etdikdə müvafiq yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Fərmanın 5.1-ci bəndinə uyğun olaraq hesabda yığılan vəsait və həmin vəsaitin idarə olunmasından əldə edilən gəlir aşağıdakı hallarda ödənilir:

– ali təhsil müəssisəsini və hərbi kollecləri bitirmiş məzunlara – Azərbaycan Ordusunda müvafiq qaydada zabit və ya gizir (miçman) kimi vəzifəyə təyin edilərək həmin vəzifənin icrasına başladıqda;

– hərbi liseyləri bitirmiş məzunlara – ali təhsil müəssisəsinə qəbul olduqda.