İlham Əliyevdən FƏRMAN

0
567

Prezident Administrasiyasının rəhbəri, Daxili işlər naziri və... -İlham Əliyevdən FƏRMAN

“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” sərəncamda dəyişiklik olunub.  

Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” 2004-cü il 21 aprel tarixli 196 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında fərmanında əks olunub.

Fərmana əsasən, Komissiyanın yeni tərkibi aşağıdakı kimi verilib:

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi ‒ şöbə müdiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi”.