
Prezident İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir.
Bundan başqa, 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğləri istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsinə uyğun indeksləşdirilir.