İlham Əliyev və Mehriban Əliyeva Balaxanıda – YENİLƏNİB + FOTO/VİDEO

0
670

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Balaxanı qəsəbəsində aparılan abadlıq işləri barədə məlumat verilib.

Bildirilib ki, burada görülən işlər qəsəbəsinin qədim və XX əsrin əvvəllərinə aid olan hissəsini əhatə edir. Qəsəbədəki tarixi memarlıq abidələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb. Qəsəbədəki Mirzə Ələkbər Sabir adına park da bərpa olunub.

Diqqətə çatdırılıb ki, Balaxanıdakı Şah Səfi karvansarayı 1635-1636-cı illərdə inşa olunub. Bu tarixi abidə yerli əhəng daşı materiallarından tikilib və əhali arasında Xacə Ruhulla imarəti kimi tanınıb.

Qeyd edək ki, Balaxanı Bakının ən qədim yaşayış yerlərindən biridir. XX əsrin əvvəllərindəki neft bumuna qədər Balaxanı Böyük İpək Yolunun üstündə yerləşdiyindən strateji mövqeyə sahib idi. Uzun əsrlər boyu bu yer Çindən İspaniyaya qədər uzanan karvan yolunun əsas məntəqələrindən biri olub.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya qəsəbədəki Hacı Şəhla Məscidi və Şakir ağa türbəsinin bərpası barədə də məlumat verilib. Bildirilib ki, Hacı Şəhla Məscidi XIV əsr memarlıq abidəsidir. Şakir ağa türbəsi Balaxanı abidələrinin ən qiymətlilərindən hesab olunur.

Qəsəbədəki Ovdan XIV əsrdə inşa olunub. Ovdanın mənbəyindən su götürmək üçün 40 pilləkən aşağı enmək lazımdır. Keçmişdə ovdan vasitəsilə Balaxanının içməli suya olan tələbatı ödənilib.

Balaxanın “Qum hamamı” bir-biri ilə əlaqəli 3 hissədən ibarətdir. Bu hamam da qəsəbənin tarixi tikililələrindən hesab olunur. Onun inşası XIV əsrə təsadüf edir.

Məlumat verilib ki, Balaxanı qəsəbəsində vaxtilə 18 hamam olub. Demək olar ki, hər məhəllədə hamam inşa edilib və onlar həm adlarına, həm də memarlıq üslubuna görə bir-birindən fərqlənib.

Dövlətimizin başçısı və Birinci vitse-prezident əncir dəriblər, göyərçinlərə tamaşa ediblər.

Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Balaxanı sakinləri ilə görüşüblər.

Dövlətimizin başçısı Balaxanı kəndinin yeni dövrünün başladığını bildirib, bu cür layihələrin digər qəsəbələrdə də icra olunacağını deyib.

Qəsəbə sakinləri göstərilən diqqətə görə dövlətimizin başçısına və Birinci vitse-prezidentə minnətdarlıqlarını bildiriblər.

13:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar.