İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət edib

0
495

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Abidənin yanında fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri abidənin önünə gül dəstələri qoyublar.