İlham Əliyev: “Ümid edirəm ki, Ermənistan tərəfi siyasi iradə göstərərək sülh müqaviləsini imzalayacaq”

0
142

“Ümid edirəm ki, Ermənistan tərəfi siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

“İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə bağlı, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı mən Baş naziri məlumatlandırdım. Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vaxt gəlib çatıb. Hər halda bizim niyyətimiz bundan ibarətdir və beş əsas prinsipdən ibarət biz öz təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq.

Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək. Eyni zamanda əməkdaşlıq üçün imkanlar yaranacaq”, – dövlət başçısı bildirib.