İlham Əliyev: “Tezliklə Füzuli rayonu ilə bağlı yaxşı xəbərlər gələcək”

0
551

Azərbaycan ordusu hər gün uğurlu əməliyyatlar keçirir. Bu əməliyyatlar haqqında ictimaiyyətə məlumatlar verilir. Bizim əsas məqsədimiz torpaqlarımızın bütövlüyünü təmin etməkdir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, döyüş meydanında əsas hədəf strateji yüksəklikləri əldə etmək və böyük əraziləri nəzarət altına almaq idi:

“Dünən mənim tərəfimdən verilən açıqlama Azərbaycan xalqını növbəti dəfə sevindirdi. Füzuli rayonunun üç, Xocavənd rayonunun beş kəndi işğalçılardan azad edildi. Həm şimal, həm cənub, həm də şərq strateji yüksəkliklər bizim nəzarətimizdədir.

Uğurlu əməliyyatımız davam edir. Hər gün bu rəqəmlər dəyişir. Amma haradasa 40-dan çox yaşayış məntəqəsi – şəhərlər və kəndlər azad edilib. Yaxın vaxtlarda növbəti sevincli, xoş xəbərlər gələcək.

Əsas əməliyyatlar şimal və cənub istiqamətlərində aparılır. Füzuli rayonunun bir çox kəndlərini işğaldan azad etdik. Əminəm ki, tezliklə Füzuli rayonu ilə bağlı yaxşı xəbərlər gələcək”.