
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Sumqayıt şəhərində səfərdə olub.
Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
***
Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olub. Prezident açılışda iştirak edib.
***
Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub. İlham Əliyev açılışda iştirak edib.
***
Daha sonra Prezident Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.
***
Eyni zamanda dövlət başçısı Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib.
***
Prezident Sumqayıt Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışına da qatılıb.