İlham Əliyev Ruhani və Zelenskiyə başsağlığı verdi

0
475

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı iranlı həmkarı Həsən Ruhaniyə və Ukrayna dövlət başçısı Vladimir Zelenskiyə başsağlığı verib.

Başsağlığı məktublarında deyilir:

“Hörmətli cənab Prezident,

Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”