İlham Əliyev Moskvaya getdi – YENİLƏNİB + FOTO/VİDEO

0
284

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gedib.

Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

12:57

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağla bağlı üçtərəfli danışıqların aparılacağı Moskvaya gedib.

Bu barədə Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu məlumat verib.

“Azərbaycan prezidenti Moskvaya gəldi, onu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Rusiya Xarici İşlər Nazirliyinin və Azərbaycanın Moskvadakı səfirliyinin nümayəndələri qarşıladılar”, – deyə məlumatda qeyd edilir.