İlham Əliyev KOBİA-nın səlahiyyətlərini artırdı

0
409

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) səlahiyyətləri artırılıb.

Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nə dəyişiklik edilib. Belə ki, KOBİA normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər vermək hüququna malik olub.