İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi – YENİ TƏYİNAT

0
531

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əhməd Kərəm oğlu Muxtarovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, R.Xəlilov Milli Məclisin deputatıdır.