Prezident İlham Əliyev Yusif Yevgenyeviç Axund-zadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Yusif Yevgenyeviç Axund-zadə Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, general-mayor Y.Axund-zadə Azərbaycanın hərbi – dirijoru və pedaqoqu, Azərbaycanın Xalq artisti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Hərbi Orkestr Xidmətinin rəisidir.