İlham Əliyev: “Ermənistan Azərbaycanı lazımınca qiymətləndirmədi və bunun əvəzini ödədi”

0
228

“Ermənistan Azərbaycanı və Azərbaycan xalqının iradəsini lazımınca qiymətləndirmədi və bunun əvəzini ödədi”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində deyib.

“Biz sülh prosesinə müəyyən nikbinliklə yanaşırıq. Bir neçə gün əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin mətninin hazırlanması ilə bağlı ilk görüşü baş tutdu. Ümid edirik ki, bu proses çox uzun çəkməyəcək. Biz Ermənistanın danışıqlar aparmaq istəmədiyi zaman istifadə etdiyi taktikanı bilirik. Məsələn, Qarabağ münaqişəsi ilə bağlı 28 il davam edən danışıqlarda da belə olmuşdu. Əgər vəziyyət belə davam edərsə, sülh əldə olunmayacaq. Əgər Ermənistan belə seçim edirsə, deməli, növbəti ciddi səhvə yol verir. Onlar bizi, bizim iradəmizi, Azərbaycan xalqının potensialını lazımınca qiymətləndirmədilər və bunun əvəzini ödədilər”, – dövlət başçısı bildirib.

Prezident vurğulayıb ki, Azərbaycan da öz növbəsində Ermənistan ilə münasibətləri normallaşdırmaq və “yeni sülh səhifəsi” açmaq üçün addımlar atmağa hazırdır: