“İlham Əliyev dünyanın diqqət mərkəzində”

0
792

İlham Əliyevin Ermənistan prezidenti ilə son görüşdə söylədiyi fikirlər bütün dünyanın diqqət mərkəzinə çevrildiyi kimi, ölkəmizin ictimai-siyasi və sosial dairələrinin də böyük rəğbətinə səbəb olmuşdur.

Ölkə həyatının bütün sahələrinə diqqəti ilə ictimai-sosial problemlərin həllində əhalinin ictimai dayağına çevrilmiş İctimai Nəzarət Koalisiyası respublika rəhbərliyinin daxili və xarici siyasət addımlarında da daima dəstək olmuşdur.

İctimai nəzarətin önəmli olduğunu daima xatırladan ölkə başçısının bütün addımlarını diqqət mərkəzində saxlayan və bu addımların xalqın rifahı naminə inqilabi sıçrayış kimi qiymətləndirən İctimai Nəzarət Koalisiyasının sədri, DAMM İB-in 1-ci vitse-prezidenti, SİMİB-in rəhbəri Rasim Məmmədov İlham Əliyevin son qətiyyətli fikirlərinə də öz yüksək münasibətini bildirmişdir: “Ölkəmizin prezidenti hər zaman olduğu kimi fenomen addımları ilə dünyanın diqqət mərkəzindədir. Onun Münhen görüşündəki çıxışı, bədxah qonşu rəhbərinə verdiyi cavablar, əminəmki bütün dünya azərbahcanlılarının böyük sevincinə və yüksək ümidinə səbəb olmuşdur. Məntiqli və tutarlı arqumentləri ilə opponenti üzərində üstünlük qazanan prezidentimiz Ermənistan- Azərbaycan- Qarabağ münaqişəsi ilə bağlı kəskin mövqeyini bir daha sübuta yetirmişdir. Hər birimiz bu münaqişənin ədalətli sonuna ümidimizi itirməməliyik”.

“ictimaixeber.az”