İlham Əliyev: “Bütün dünya görsün ki, vəhşi düşmən kəndlərimizi nə günə qoyub” – VİDEO

0
587

Bütün dünya görsün ki, vəhşi düşmən bizim kəndlərimizi nə günə qoyub”.

Bunu işğaldan azad edilən Ağdama səfər edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Birinci vitse-prezident Mehriban Əliyevanın “İnstagram” səhifəsində yaydığı videoda İlham Əliyev düşmənin müdafiə xəttini göstərərək, Azərbaycan vətəndaşlarının düşmən tərəfindən dağıdılmış evlərinə diqqət çəkib:

“Hansı vəhşilərlə biz üz-üzəydik, hansı vəhşiləri biz məğlub etmişik. Bütün dünya bunu görməlidir.

Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar.

Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək. Ağdam şəhərinə də biz jurnalistləri, o cümlədən xarici jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət edəcəyik. Qoy, gəlsinlər, görsünlər”.

https://www.youtube.com/embed/qPOA3bWQejA