İlham Əliyev bolqarıstanlı həmkarını təbrik edib

0
396

Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevə təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident
Ölkənizin milli bayramı münasibətilə Sizi və dost Bolqarıstan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, strateji tərəfdaşlıq əlaqələrimiz birgə səylərimizlə xalqlarımızın rifahı naminə daha da güclənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, xalqınıza daim sülh və rifah arzulayıram”.