İlham Əliyev: “Biz sülhməramlılar üçün süni problemlər yaratmamalıyıq”

0
358

Tezliklə, bir ildən sonra bizim yolumuz Ağdama qədər uzanacaq.

Bu sözləri Prezident İlham Əliyev dünən keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı mətbuat konfransı zamanı media nümayəndələrinin suallarını cavablandırarkən Azərbaycan əhalisinin işğaldan azad olunan ərazilərə qayıtması məsələsinə də toxunub:

“Bax, belə bir baza yaradılanda, azərbaycanlı əhali işğaldan azad edilən ərazilərə qayıdanda, əlbəttə, əlaqələr olacaq. Ona görə ki, hazırda Xankəndidə, digər yaşayış məntəqələrində yaşayan insanların normal həyat fəaliyyəti üçün əlaqələr, sadəcə, zəruridir. Azərbaycansız buna nail olmaq, sadəcə, qeyri-mümkündür. Fikir verin, bu gün Qarabağdakı rusiyalı sülhməramlı kontingent üçün yüklər necə çatdırılır. Necə? Əvvəlki kimi təyyarə ilə İrəvana qədər, sonra isə yük maşınları ilə Xankəndiyə qədər. İndi dəmir yolu ilə Bərdəyə qədər.

Tezliklə, bir ildən sonra bizim yolumuz Ağdama qədər uzanacaq. Oradan Rusiyaya məxsus yük maşınları gəlir, yüklənir və gedir. Bu, xeyli ucuz və rahat olacaq. Bəs, hərbi qulluqçular üçün yük daşıyan Rusiya təyyarələri indi necə uçur? Onlar sonradan 10 saat, özü də qar basmış bu dəhlizlə getmək üçün Yerevana uçmurlar. Onlar Gəncəyə uçur, oradan isə Xankəndiyə getmək üçün bir saat, ola bilsin bir qədər çox vaxt lazımdır. Yəni, bunu həyat tələb edir. Rusiya tərəfi belə bir xahişlə müraciət edəndə biz onları dəstəklədik. Axı, nəyə görə biz sülhməramlılar üçün süni problemlər yaratmalıyıq. Bu sülhməramlılar, o cümlədən bizim sakinlərin də təhlükəsizliyini təmin edirlər”.