İlham Əliyev: “Bir daha büdcə xərclərinə baxmaq lazımdır”

0
430

“Dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi – demək olar ki, iki dəfədən çox aşağı düşməsi bizim iqtisadiyyata da problemlər yarada bilər. Təbii ki, bizim gəlirlərimiz azalır. Buna baxmayaraq, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı problem olmamalıdır. İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir”.

Bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Ölkə başçısı qeyd edib ki, eyni zamanda, bir daha büdcə xərclərinə baxmaq lazımdır.

“Təcili olmayan layihələr təxirə salına bilər. Bu layihələrin həyata keçirilməsi və yaxud təxirə salınması məsələlərinə baxdıqda, məşğulluq məsələlərinə də mütləq baxmalıyıq”, – deyə Prezident əlavə edib.

Dövlət başçısı bildirib ki, dövlət xətti ilə həyata keçirilən investisiya layihələri eyni zamanda məşğulluğu təmin edir.