Əsir götürülən Ukrayna Silahlı Qüvvələrinin əsgərlərini daşıyan “İl-76” təyyarəsini vuran raketlər Ukrayna ərazisindən buraxılıb.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin bildirib.
Xatırladaq ki, yanvarın 24-də Belqorod yaxınlığında “İL-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 75 nəfərin hamısı ölüb. Təyyarədə ukraynalı hərbi əsirlərin olduğu iddia edilir. Rəsmi Kiyev hələ ki məlumatı təsdiqləməyib. Həm Moskva, həm də Kiyev hadisə ilə bağlı beynəlxalq araşdırmanın başlanmasını tələb edir.