Çexiyalı Ester Ledeçka bir mövsümdə iki müxtəlif dünya çempionatında medal qazanan ilk idmançı olub.
Bu barədə “Indres.cz” məlumat yayıb.
29 yaşlı idmançı bir ay əvvəl dağ xizəyi üzrə dünya çempionatında bürünc medal qazanıb. Martın 20-də isə Ester snoubordinq üzrə paralel nəhəng slalom üzrə çempion olub.
“Bu dəfə burada yarışa bildiyim üçün çox xoşbəxt idim. Xizək mövsümünü yaxşı keçirdik və biz də snouborda hazırlaşmağa çalışırdıq.
Cəmi bir neçə gündür mənimlə işləyən, lakin məni bu böyük yarışlara hazırlaya bilən məşqçim Castin Reyterə böyük təşəkkürümü bildirirəm”, – deyə Ledeçka bildirib.
Snoubordinqdə çexiyalı ulduz 2017-ci ildə nəhəng slalom üzrə kubokdan əlavə, 2015-ci ildə slalomda da titulun sahibidir. Paralel nəhəng slalomda isə Ledeşka ikiqat Olimpiya çempionudur.