
Bu gün sosial şəbəkələrdə İkinci Fəxri Xiyabandakı vəziyyəti əks etdirən video yayılıb.
Videoda şəhid məzarlarının baxımsızlığından şikayət olunub.
Həmin görüntülər yayılar-yayılmaz dövlət tərəfindən reaksiya özünü gecikdirməyib. Belə ki, xiyabanın səliqəyə salınması üçün dərhal işlər görülüb. Nəticədə İkinci Fəxri Xiyabandakı səliqə-sahman bərpa olunub.
Hazırda sözügedən məkanda hər şey qaydasındadır.
Həmin görüntüləri təqdim edirik: