Solomon adalarında bir məktəbin yaxınlığında İkinci Dünya Müharibəsinə aid 200-dən çox partlamamış hərbi sursat tapılıb.
ABŞ əsgərlərinə məxsus olan bu sursat Solomon Adaları Kral Polis Qüvvələri (RSIPF) tərəfindən çıxarılaraq təhlükəsiz yerə daşınıb.
Sursat paytaxt Honiarada bir məktəbdə kanalizasiya işləri üçün qazıntı zamanı tapılıb. Məktəb təhlükəsizliklə bağlı bir neçə gün təhsili dayandırıb.
Qeyd edək ki, 2021-ci ildə də Honiaradakı bir evin bağçasında aparılan qazıntı zamanı İkinci Dünya Müharibəsindən qalma 100-dən çox partlamamış bomba aşkar edilib.