İki rayonda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi dayandırıldı

0
1095

Bu gündən etibarən Lənkəran şəhəri və Samux rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmir.

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah iyulun 17-də qərar verib.

Bildirilib ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.