İki rayona yeni prokuror TƏYİNATLARI

0
338

Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş prokuror Kamran Əliyevin digər əmri ilə Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib. 

Məlumatı Baş Prokurorluğun Mətbuat xidməti təsdiqləyib.