
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal əraziyə nazirliyin Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Nəzarət Xidmətinin və Mülki Müdafiə Qoşunlarının Kimya lobaratoriyasının mütəxəssisləri və digər aidiyyəti qurumların nümayəndələri cəlb edilib.
Səhiyyə Nazirliyindən isə verilən məlumata görə, zəhərlənməyə şadlıq evindəki toy zamanı pirotexniki vasitənin yandırılması nəticəsində tüstünün yayılması səbəb olub. Hadisə nəticəsində 9 nəfər xəstəxanaya yerləşdirilib.