İki min sakini olan Nüydü kəndinin yararsız yolu – VİDEO

0
406

Nüydü kəndi Şamaxının ucqar və sonuncu kəndlərindən biridir. Kəndi rayon mərkəzi ilə birləşdirən yol isə bərbad vəziyyətdədir. 

Şagirdlər bu yoldan hər gün məktəbə gedib-gəlmək üçün istifadə edir. Onlar çiyinlərində çanta, əllərində ehtiyat ayaqqabı ilə bu palçıqlı yollarda hərəkət etməyə çalışırlar. Palçıqlı yol bitəndə isə ayaqqabını dəyişib yollarına davam edirlər.

İki minə yaxın sakini olan Nüydü kəndinin yol problemi ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəşad Əliyev bildirib ki, növbəti illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində kənddə asfatlaşma prosesinə başlanılacaq.

Ətraflı süjeti təqdim edirik: