Türkiyənin Kastamonu şəhərində on gündür davam edən qar yağışı fasilə verib.
Güclü qar səbəbindən həyat iflic olub, rayonlarla əlaqə kəsilib.
Qarın dayanmasını görən vətəndaşlar bir tərəfdən bellə evlərinin qarşısındakı yolu açmağa, digər tərəfdən də iki metr hündürlükdəki qar yığınının altında qalan avtomobillərini tapmağa çalışıblar.