İki il öncə: Gəncə ikinci dəfə Ermənistan tərəfindən raket atəşinə tutulmuşdu

0
216

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Vətən müharibəsində Ermənistan tərəfindən ikinci dəfə raket atəşinə tutulmasından iki il keçir.

Ermənistan 2020-ci il oktyabrın 5-də Gəncəyə raket atıb.

Hücum nəticəsində üç mülki şəxs yaralanıb.

Qeyd edək ki, Ermənistan 2020-ci il oktyabrın 4-də səhər saat 10 radələrində Gəncəyə ilk dəfə raket atıb.

Raketlər Gəncədə mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadıqları ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb.

Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində bir mülki şəxs – Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı, mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.

Ermənistanın bu addımı müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi.