İki deputatımız Qazaxıstandakı hadisələrə münasibət bildirməkdən imtina etdi

0
271

Qazaxıstanda baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənilir. Hazırda mətbuatın və sosial şəbəkələrin əsas müzakirə mövzusu Qazaxıstandır. 

Məsələnin aktuallığını nəzərə alaraq Milli Məclisin Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidova müraciət edilib. 

Amma deputat Qazaxıstanda baş verən hadisələrə münasibət bildirməkdən yayındı.

Deputat saytımızınsualını cavabsız qoyub, daha sonra isə telefon zənglərinə cavab verməyib.

Qrupun üzvü Sahib Alıyev isə cəmi üç cümlə ilə münasibət bildirib:

“Mən yalnız onu deyə bilərəm ki, Qazaxıstanda heç də yaxşı hadisələr baş vermir. Yalnız təəssüf edirəm. Başqa şərh vermək istəmirəm”, – deyə Sahib Alıyev bildirib.

Qeyd edək ki, Qazaxıstanda yeni ilin ilk günündən maye qaz qiymətlərinin ikiqat bahalaşması ölkədə kütləvi etirazlarla qarşılanıb.

Etirazlar Nursultan, Almatı, Aktobe, Çimənkənddə baş verib.

Hakimiyyət qiymətlərin aşağı salınacağını bildirsə də və hökuməti istefaya göndərsə də, bu, etirazçıları qane etməyib.

Yanvarın 5-də Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayev postunu tərk edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərək hərbi təşkilatdan yardım istəyib.

Bəzi ekspertlər baş verənləri xarici qüvvələrin təhriki kimi dəyərləndirir, digərləri isə sırf sosial etiraz kimi xarakterizə edir.