III Dünya Müharibəsi başlayacaq, 2045-ci ildə çox az insan həyatda olacaq… – Professordan qorxunc PROQNOZ

0
41

Bəşəriyyət II Dünya Müharibəsinin 100-cü ildönümünü görməyə bilər.

Bunu Cork Universitet Kollecinin tarix üzrə fəxri professoru və Kral İrlandiya Akademiyasının üzvü Ceffri Roberts bildirib.

Onun sözlərinə görə, III Dünya Müharibəsinin 2045-ci ildən əvvəl başlaması ehtimalı böyükdür.

Müharibə təhlükəsinin aktual olduğunu deyən tarixçi əgər bu baş verərsə, 2045-ci ilə kimi çox az insanın həyatda qala biləcəyini iddia edib.

Qeyd edək ki, aprelin 24-də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Avropa qoşunlarının Ukraynaya göndərilməsinin III Dünya Müharibəsinin başlamasına səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi.