İctimai Nəzarət Koalisiyasının Şamaxı rayon rəhbəri, Yeni Azərbaycan Partiyası Gənclər Şurasının sədri Nuranə Məmmədova ailə həyatı qurması il əlaqədar təşkilatdakı işindən ayrıldığına görə bu vəzifəyə Mirmövsüm Eynalov təyin olunmuşdur. II Qarabağ Müharibəsinin qazisi Mirmövsüm Eynalov Talış, Suqovuşan, Ağdərə istiqamətindəki döyüşlərdə iştirak etmişdir.
Döyüşlərdə yaralanmış, Qubadlı, Laçın rayonlarının alınmasında da iştirak etmiş M.Eynalov “Cəsur Döyüşçü” və “Vətən uğrunda” medallarının sahibidir.