II Elizabetin son vəziyyəti AÇIQLANDI

0
342

Kraliça II Elizabetin səhhətində ciddi problem yoxdur.

Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson bəyan edib.

“Hər həftə olduğu kimi, bu həftə də Əlahəzrətlə danışdım və o, əla formadadır”, – deyə o bildirib.

Conson qeyd edib ki, kraliça həkimlərin tövsiyələrinə əməl edərək, dincəlir.

“Əminəm ki, bütün ölkəmiz ona ən yaxşısını arzulayır”, – deyə baş nazir əlavə edib.

Daha əvvəl məlum olmuşdu ki, II Elizabet həkimlərin məsləhəti ilə daha iki həftə istirahət edəcək. Bundan əlavə, həkimlər ona rəsmi səfərlər etməyi qadağan edib.