İH-dən “Yasamal gölü” ilə bağlı – Açıqlama

0
481

Bakının ekoloji baxımdan ən görməli yerlərindən biri olan “Yasamal gölü”nün taleyi nəhayət həll olunub.

Sakinlər  rayon İcra Hakimiyyətinin onlarla görüş keçirdiyini bildirib.

Su hövzəsinin ərazisində yaşayış binasının tikintisinə yenidən başlanılması ilə bağlı söz-söhbətlərə son qoyulub və hətta ərazidə tikintidən qalan tullantılar oradan çıxarılır. Sakinlərə söz verilib ki, su hövzəsi əvvəlki vəziyyətinə qaytarılacaq.

Məsələni dəqiqləşdirmək üçün Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən faktı təsdiqləyərək bildirdilər ki, “Yasamal gölü” abadlaşdırılaraq sakinlərin xeyrinə işlər görüləcək:

“Orada abadlıq işləri aparılacaq. Sonda tikinti olan ərazidə əlverişli şərait yaradılacaq”.