Mübarək Ramazan ayında bir çoxları oruc tuturlar. Orucu şərbətlə açmağın insan orqanizmi üçün bir sıra faydaları mövcuddur.
Mütəxəssislər, orucu bal və şərbətlə açmağın mədəyə faydalı olduğunu qeyd ediblər. Boş mədəyə qəbul edilən bal mədə turşusunu neytrallaşdırır.
Bal qəbzliliyin qarşısını alır, qanı təmizləyir, damarları genişləndirir. Bundan başqa ürəyi qüvvətləndirir, yağ həzmini asanlaşdırır.
Sahurda isə iki çay qaşığı bal yemək lazımdır. Çaya bal əlavə edərək içmək gün ərzində susuzluq hissinin qarşısını alır.