İftar süfrəsi üçün mükəmməl desert – Xoşbəxtlik hissini artırır

0
387

İftar süfrəsi üçün desert seçərkən diqqətli olmaq lazımdır.

Uzunmüddətli aclıqdan sonra yeyilən yeməyin üzərindən qəbul edilən desertin yüngül olması yaxşı seçim olardı.

Bu baxımdan dondurma mükəmməl variantdır.

Dondurmanın üstünlükləri

– Asan hazırlanır.

Kasa içərisində mövsümi meyvələrlə servis edilən desert hər kəsin ürəyincə olar.

– Ağır və şərbətli çərəzlərdən fərqli olaraq yüngüldür.

– Gün boyu ac-susuz qalan orqanizmə təravətləndirici təsir göstərir.

– Xoşbəxt hiss etdirir.

Bəzi araşdırmalara görə, dondurma şokoladdan daha çox xoşbəxtlik hissi (serotonin) bəxş edir. Bu isə onun tərkibindəki süd və şəkərlə bağlıdır.