İdmançı Parisdəki natəmizlikdən gileyləndi: qidadan zəhərləndim

0
104

Ukraynalı Pavel Korostılyev Olimpiadanın finalında kiçik çaplı tapançadan 25 metr məsafəyə atıcılıq üzrə yarışıb.

Uğursuz olan idmançı yarış zamanı özünü pis hiss edib. O, qidadan zəhərləndiyini bildirib.

“Emosiyalar? Nə deyəcəyimi bilmirəm. Dünən kənddə qidadan zəhərləndim və bu qədər. Özümü hələ də pis hiss edirəm.

Əvvəlkilərlə müqayisədə bu Olimpiada ilə bağlı təəssüratlarım necədir? Çox pis. Hər şeydə pisdir. Təşkilatçılıqdan tutmuş qidalanmaya qədər. Burada, hətta olimpiya kəndində yemək yeyərkən qabları götürəndə görürsən ki, keçən dəfədən bəri yuyulmayıb”, – Korostılyev bildirib.