İdlibdə qanlı gecə: Türkiyə 33 şəhid verdi

0
354

“İdlibdə Suriya ordu birləşmələrinin Türkiyə Silahlı qüvvələri mövqelərinə endirdiyi aviasiya zərbələri nəticəsində 33 əsgərimiz şəhid olub”.

“Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyənin Suriya ilə sərhəddə yerləşən Hatay bölgəsinin valisi Rahmi Doğan deyib.

Yerli vaxtla 03:45-də verdiyi açıqlamasında Doğan yaralı türkiyəli əsgərlərin vəziyyəti barədə də danışıb. Doğan xəstəxanaya yerləşdirilən 32 əsgərin heç birinin həyatı üçün təhlükə olmadığını vurğulayıb.

Xatırladaq ki, fevralın 10-dan etibarən Türkiyə Silahlı Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Suriya ordusu birləşmələri 1709 itki verib. Türkiyə ordusu həmçinin 55 tank, üç helikopter, 18 zirehli maşın və 29 top məhv edib.