İdarə rəisi vəzifəsindən azad olundu

0
356

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub. 

4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Mübariz Vəliyev vəzifəsindən azad olunub.

Bu barədə ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, Mübariz Vəliyev digər vəzifəyə təyin olunması ilə əlaqədar əvvəlki vəzifəsindən azad edilib:

“Hazırda idarənin rəisi vəzifəsi müvəqqəti olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırova həvalə olunub”.