
Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məktəblərin bağlanması ilə bağlı iddialara münasibət bildirib.
O, jurnalistlərə açıqlamasında bildirib ki, məktəblərin bağlanması qərarını biz vermirik:
“Bu koronavirusa yoluxma sayından asılı ola biləcək bir məsələdir”.
O qeyd edib ki, hər kəs karantin qaydalarına riayət etməlidir:
“Karantin rejiminin müvəqqəti qaydaları var. Təhsil müəssisələrində tədris prosesi bu qaydalara uyğun olaraq təşkil olunur. Mütəmadi olaraq monitorinqlər keçirilir, demək olar ki, qaydalara tam şəkildə riayət edilir”.