İctimai təhlükəli əməlin qarşısı necə alına bilər?

0
490

İctimai təhlükəli əməlin qarşısı necə alına bilər?

Praktiki baxımdan belə bir sual vermək mümkündür: Hazırlanan, yaxud planlaşdırılan, ehtimal olunan ictimai təhlükəli əməlin qarşısı necə alına bilər?

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bu barədə açıqlama verib.

Açıqlamada deyilir:

“İctimai təhülkəli əməl – cinayət baş verməməsi üçün hər bir xətanın ictimai qayda əleyhinə olan cinayətlərə çevrilməməsi üçün vətəndaş fəallığı tələb olunur. Bu fəallıq, vətəndaşın vəzifəsidir. Çünki hər bir xətanın arxasında insan iradəsi var.

Məsələn, qonşuda körpə dayanmadan çığırırsa, mübahisə varsa, deməli, orda təhlükə var. Əgər bu səsi eşidib biganə qalan insan özü maraqlanmırsa, biganədirsə, yaxud polisi köməyə çağırmırsa, bu, vətəndaşın cəmiyyətə münasibətinin nümunəsidir. Əməlin fəlsəfəsi deyir ki, ay insan, bu təhlükə sənin də qapını döyəcəkdir, etinasız yanaşma!

Deməli, ictimai qaydanın qorunması tək polisdən yox, həmdə vətəndaşdan asılıdır”.