İctimai Nəzarəti gücləndirməliyik – video

0
983

“Azərbaycan Respublikasında son 6 ay ərzində həyata keçirilən bir çox islahat xarakterli hökumət qərarları ulu öndər Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafının perspektivləri ilə bağlı söylədiyi fikirlərin bariz nümunəsidir”.
İctimai Nəzarət Koalisiyası İdarə Heyətinin sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədov bu sözləri ölkə ictimaiyyətinin respublikamızın iqtisadi, sosial həyatının son 6 ayda müsbət inkişafına diqqətinin artırılması məqsədi daşıyan çıxışında söyləmişdir.
R.Məmmədov bildirmişdir:
“Ümumiyyətlə, son 15 ilin təhlili deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzularının həyata keçirilməsi üçün böyük əzmkarlıqla çalışır.
Bu ilin 6 ayı ərzində İ.Əliyevin imzaladığı sərəncamlar ölkə əhalisinin maddi-rifah halının yaxşılaşdırılmasında, sosial müdafiənin gücləndirilməsində əhəmiyyətli irəliləyişə səbəb olmuşdur.
Sosial sahədə atılmış addımlar dörd milyondan çox Azərbaycan vətəndaşını əhatə edir. Sosialyönümlü siyasi xətti ilə ölkə rəhbərliyi 2019-cu ili respublikamız üçün əlamətdar illərdən birinə çevirmişdir.
Daxili və xarici siyasətdə veteranların daim dəstəklənməsi isə gələcəyə yüksək inam ifadə edir. Xalqımızın birliyi və gənclərimizin vətənpərvər ruhda tərbiyə edilməsi istiqamətində veteranların əhəmiyyətli rolunu unutmayan prezidentimiz ictimaiyyəti ulu öndər Heydər Əliyevin vəsiyyətlərinin həyata keçirilməsinin konkret faktları ilə üzləşdirir.
Amma çox təəssüf ki, ölkə prezidenti İlham Əliyevin özünün də söylədiyi kimi, bir çox nazirlər, bir sıra sahə rəhbərləri öhdələrinə düşən vəzifələri tam layiqincə yerinə yetirmir və bu vəzifələrdən müxtəlif məqsədlər üçün sui-istifadə edirlər. Heydər Əliyevin Azərbaycan məmurlarının, rəhbər kadrlarının vicdanlı, intellektual səviyyədə görmək arzusunun reallaşdırılması istiqamətində atılan addımların tezliklə həllini tapması üçün məncə, hər birimiz fəal, sərt ictimai nəzarətçilər ordusu ətrafında birləşməliyik”.

 

“ictimaixeber.az”