İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim Rasim Məmmədovun İNK-nın məsul nümayəndələri ilə ictimai nəzarət fəlsəfəsi ilə bağlı növbəti görüşündə maraqlı məqamlara toxunulmuşdur.
İctimai Nəzarətin əsas üç bölməsinin olmasının zəruriliyini irəli sürən Masallı rayon nümayəndəsi, hüquq elmləri üzrə fəlsəfə doktoru Xaliq Şükürov ilk növbədə İctimai Nəzarət təşkilatının öz infrastrukturunun qurulması, qurulmuş kompleks üzərində kadr nəzarətinin təşkili və dünya təcrübəsindən istifadə edilməsinin vacibliyini bildirmişdir.
Bakı Dövlət Universitetinin tələbələrinə tövsiyə xarakterli bu fikirlərə Rasim Məmmədovun prezident tərəfindən irəli sürülmüş ictimai nəzarətin vacibliyinin səbəbləri ilə bağlı söylədikləri də aydınlıq gətirmişdir.
“ictimainezaret.info”