İCTİMAİ NƏZARƏT ZƏRƏRÇƏKƏNLƏRİN MÜDAFİƏSİNDƏ – VİDEO

0
908

Bu gün İctimai Nəzarət Koalisiyasında QNT evində keçirilən mətbuat konfransında bir sıra dövlət məmurlarından narazı olan bir neçə zərərçəkmiş insanın şikayətləri və ölkə rəhbərliyinə müraciətləri dinlənilmişdir.
İNK-nın sədri, DAMM-ın I vitse – prezidenti, SİMİB rəhbəri Rasim Məmmədov, İNK-nın məsul katibi,YYSİB-in sədri Aydınxan Əbilovun ölkə vətəndaşlarının problemlərinə etinasız yanaşan bir sıra məmurların qanunsuz addımlarına qarşı kəskin çıxışları olmuşdur.
AN-Media şirkətində iş zamanı ağır xəsarət almış Cavanşir Qasımovun anası Elmura Qasımovanın, ictimai fəaliyyətinə görə işdən xaric edilən Dövlət Sərhəd Xidmətinin zabiti leytenant Fərid Əzizlinin, paytorpaqları zəbt edilmiş Xaçmaz rayonu sakinləri Telman və Mustafa Mustafayevlərin ürəkağrıdan çıxışları isə mətbuat və ictimaiyyət nümayəndələrinin kəskin narazılığı və təəssüfü ilə qarşılanmışdır.
“ictimaixeber.az”