İCTİMAİ NƏZARƏT TƏŞKİLATINDA KOMİSSİYA QƏBUL KEÇİRDİ

0
558

Yanvar ayının 21-də İctimai Nəzarət Təşkilatında xüsusi komissiya heyəti tərəfindən yeni üzvlərin qəbulu həyata keçirildi. Yeni üzvlər təmsil olduqları təşkilat haqqında müəyyən qədər bilgiyə, məlumata sahib olmalı, təşkilatın fəaliyyəti ilə tanış olmalı, eyni zamanda İctimai Nəzarət Təşkilatının hansı zərurətdən kimlər tərəfindən yaradılması haqqında məlumatlı olmalıdırlar. Qəbulun komissiya ilə həyata keçirilməsi bundan sonra da təşkilata təsadüfi adamların düşməməsinə xidmət edir. Əgər bir üzv təmsil olunduğu təşkilatın məqsədini, məramını, öz üzərinə düşən məsuliyyəti dərk etməsə, o təşkilatın gələcəkdə inkişaf etməsi, tanınması, nüfuz qazanması çətin olar. Məhz bu səbəbdən təşkilatda İNT sədri Rasim Məmmədovun rəhbərliyi ilə aşağıdakı tərkibdə komissiya heyəti tərəfindən müsahibə keçirilib:

Flora Xəlilzadə- komissiya sədri, Əməkdar jurnalist, Prezidentin fərdi təqaüdçüsü, DAMM-ın baş katibi

Akif Cabbarlı- komissiya sədrinin müavini, yazıçı publisist, AYB-nin üzvü

Bədəlova Nüşabə- komissiyanın katibi

Azər Səlimov- komissiya üzvü, ehtiyyatda olan polkovnik leytenant, yazıçı, publisist

Balayar Sadiq- komissiya üzvü, şair-publisist, AYB-nin üzvü

Misir Məmmədov- Şəhid Röyal Məmmədovun atası

Bildiyimiz kimi İctimai Nəzarət Təşkilatı 6 il əvvəl ölkə başçısı İlham Əliyevin xalqa çağırışına cavab olaraq İctimai Nəzarət Koalisiyası adı altında yaradılmışdır. 2022-ci il yanvar ayının 12-də cənab prezident jurnalistlərlə görüşündə İctimai Nəzarət haqqında öz çıxışında açıqlama verərək bildirmişdir ki, cəmiyyətdə elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin, mən bu məsələ ilə bağlı dəfələrlə öz fikrimi bildirmişəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın, nəzarət edin, ictimai nəzarət bir çox məmurları cinayətkar xarakterli işlərdən çəkindirəcək. Ona görə də ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Medianın da bu sahədə rolu böyükdür, deyə cənab prezident bildirmişdir. Məhz bu çıxışdan sonra İctimai Nəzarət Koalisiyası İctimai Nəzarət Təşkilatı kimi fəaliyyətini davam etdirəcək.
Bu gün keçirilən müsahibədə müraciət edən 23 namizəddən 21 nəfəri müsahibədən uğurla keçdilər.
Təşkilatımıza yeni qoşulan ictimai nəzarətçilərimizə uğurlar arzulayırıq.

Sevinc Muradova
İNT mətbuat xidmətinin əməkdaşı