İctimai nəzarət sizinlədir

0
1486

Ümummilli Lider Heydər Əliyev cənablarının mart 1995-ci ildə dövlət çevrilişin qarşı müqavimət göstərmək üçün xalqa müraciətinə ilk səs verənlərdən biri də ölümünü gözünün qarşısına alaraq həyatını Azərbaycan dövlətçiliyi uğrunda fəda etmiş, 17 mart 1995-ci ildə namərdcəsinə güllələnmiş şəhid Milli Qəhrəman Samir Xasiyevdir. Onun Bakı Şəhəri Nərimanov Rayonu, Samir Xasiyev adına parkda (16 mart 1996-cı ildə) büstü qoyulub. Paytaxtda aparılan yenidənqurma və böyük təmir işləri nəticəsində o parkın ərazisi daralmışdır. Yeni tikililər, hündürmərtəbəli binalann əhatəsində qalan büst unudulmaqdadır.

Möhtərəm Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva keçmiş Nərimanov, indiki Samir Xasiyev (iki dəfə – Gəncə və Bakıda, dövlət çevrilişlərinin qarşısını alınmasında igidlik göstərmiş, eləcə də 1991-ci ildən etibarən paralel olaraq Qarabağ müharibəsində qanlı döyüşlərdə olmuşdur) parkının filialı sayılan parkın yenidən qurulmasından sonra açılışı zamanı Samir Xasiyev parkının filialı kimi fəaliyyət göstərməsi barədə göstəriş vermişdir.

DAMM və İNK İctimai Birliklərinin, sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədov bu məsələ ilə əlaqədar bildirmişdir:

“DAMMİB və İctimai Nəzarət Koalisiyası Şəhid Anaları və Milli Qəhrəmanların Ailələri Komitəsinin sədri, Milli Qəhrəman Samirin anası Gözəl Xasiyevanın rəsmi müraciətindən və bizim də aidiyyəti qurumlarla yaratdığımız münasibətlərdən sonra, ümumi razılıqlara əsasən, gənclərimizin milli-mənəvi dəyərlərimizə qarşı sayğı-sevgisini artırmaq məqsədilə, Milli Qəhrəman Samir Xasiyevin büstünün köhnə yerindən götürülərək, hazırda onun adını daşıyan keçmiş Nərimanov parkına köçürülməsi məqsədəuyğun sayılacaq.

İnanırıq ki, bu addım Bakı Şəhər İcra hakimiyyəti tərəfindən ictimaiyyətimizə və dövlət rəsmilərimizə, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə və yaratmış olduğu dövlətçilik ənənələrinə sadiqliyinin növbəti əyani nümunəsi kimi tanıdılacaq”.

“ictimaixeber.az